Xəzər Xəbər

Nani Ronaldonun "Yuventus"dan sonrakı adresini açıqladı

İdman | 13:35 • 18 İyun 2020
Nani Ronaldonun "Yuventus"dan sonrakı adresini açıqladı

Amerika MLS klublarından"Orlando Siti"nin formasını geyinən Luis Nani milli komandadan dostu Kriştiano Ronaldonun"Yuventus"dan ayrıldıqdan sonrakı adresini açıqlayıb.

Nani ESPN-ə açıqlamasında keçmiş klubu"Mançester Yunayted"dəki komanda yoldaşının gələcəyi barədə fikir bildirib.

Ronaldonun karyerasını MLS-də sonlandırmaq istədiyini bildirən 33 yaşlı oyunçu "Ronaldo bir neçə il əvvəl karyerasını MSL-də bitirmək istədiyini bildirmişdi. 100/100 ehtimal deyil, amma bura gəlmək ehtimalı var" ifadəsini işlədib.

Qeyd edək ki, Ronaldonun "Yuventus"dan ayrılmaq variantı gündəmdədir. Mediada superulduzun yenidən keçmiş klubları "Mançester Yunayted" və "Real"a qayıdacağı barədə xəbərlər yayılır.

Xəbər lenti