Xəzər Xəbər

Beyl "Real"da qala bilər

İdman | 17:17 • 28 May 2020
Beyl "Real"da qala bilər

Qaret Beylin daha bir mövsüm "Real"da qalmaq ehtimalı yaranıb.


"Marca" xəbər verir ki, "Real" Beylə görə təklif almayıb. Bu səbəbdən Madrid klubunun rəhbərliyi uelsli futbolçunun əvvəlki formasını bərpa edəcəyinə və titullar uğrunda mübarizədə komanda yoldaşlarına yardımçı olacağına ümid edir.


"Nyukasl" 30 yaşlı vingerlə maraqlansa da, "Real"a rəsmi təklif göndərməyib. Bu, "sağsağanlar"ın Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fona satışının indilik baş tutmaması ilə əlaqələndirilir.


Cari mövsümdə Primeroda 14 matçda meydana çıxan Beylin aktivində 2 qol və eyni sayda məhsuldar ötürmə var.


Fanat.Az

Xəbər lenti