"Mançester Siti”nin prezidenti Ferran Soriano klubun UEFA tərəfindən 2 mövsümlük cəzaya məruz qalmasına münasibət bildirib.
O bildirib ki, klub maliyyə "feyr pley" qaydalarını pozmayıb:
"Bizə edilən ittihamlar yanlışdır. Bunu sübut etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".
UEFA ilə hər zaman işbirliyi qurduqlarını vurğulayan Sorianonun sözlərinə görə, klubunborcu yoxdur.