Xəzər Xəbər

“Fənərbaxça – Qalatasaray” derbisini bu hakim idarə edəcək

İdman | 16:00 • 19 Fevral 2020
“Fənərbaxça – Qalatasaray” derbisini bu hakim idarə edəcək

Türkiyə Super Liqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" – "Qalatasaray" oyununun hakimi bəlli olub.

Türkiyə Futbol Federasiyası bununla bağlı açıqlama verib.

Komitə tərəfindən verilən açıqlamaya görə, 23 fevral 19:00-da başlayacaq oyunu hakim Halil Umut Meler idarə edəcək. Melerin köməkçiləri isə Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq.

Qeyd edək ki, qarşılaşmanın dördüncü hakimi Koray Gençerler seçilib.

Halil Umut Meler bu günə qədər "Fənərbaxça" oyunlarında 15 dəfə çıxış edib. Həmin yarışlarda "Fənərbaxça" 10 dəfə qalib gəlib, iki dəfə məğlub olub. 3 qarşılaşma isə heç-heçə başa çatıb. Meler "Qalatasaray"ın isə 12 oyununda fit çalıb. Sarı-qırmızılı komanda bu matçlarda 10 qələbə qazanıb və 2 oyun heç-heçə bitib./publika.az

Xəbər lenti