Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandasının futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi Çex Respublikasının "Viktoriya Jijkov" klubu "Beneşov"la hazırlıq görüşü keçirib.
Xezerxeber.az xəbər verir ki, qarşılaşmada "Viktoriya Jijkov" 3:1 hesabı ilə rəqibinə qalib gəlib. Millinin üzvü ikinci hissədə meydana çıxaraq oyunda sonuncu qolun müəllifi olub. F.Nəbiyev 87-ci dəqiqədə fərqlənib.
Bu, Fəridin yanvarda heyətinə cəlb olunduğu Jijkov təmsilçisində dördüncü qoludur. Bundan əvvəl o, komandasının 7:1 hesabı ilə qalib gəldiyi yüksək liqa təmsilçisi "Budeyovitse" ilə yoldaşlıq matçında het-trik etmişdi.