Xəzər Xəbər

PSV "Milan"ın futbolçusu ilə müqavilə imzaladı

İdman | 11:32 • 31 Yanvar 2020
PSV "Milan"ın futbolçusu ilə müqavilə imzaladı

"Milan" müdafiəçisi Rikardo Rodriqesi PSV klubuna icarəyə verib.

İsveçrə millisinin üzvü mövsümün sonuna qədər Niderland klubunda çıxış edəcək. Bu keçid üçün Milan təmsilçisinə 1 milyon avro təzminat ödənilib.

PSV daha 5 milyon avro ödəyib, isveçrəli futbolçunu bitdəfəlik transfer etmək məcburiyyətindədir. Çünki müqavilənin şərtlərində bu bənd yer alıb.

27 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 4 oyun keçirib. "Milan" Rodriqesi 2017-ci ildə "Volfsburq"dan 17 milyon avroya transfer etmişdi.

Xəbər lenti