Xəzər Xəbər

NBA loqosunun dəyişdirilməsi üçün milyonlarla şəxs bir araya gəldi

İdman | 16:10 • 28 Yanvar 2020
NBA loqosunun dəyişdirilməsi üçün milyonlarla şəxs bir araya gəldi

Helikopter qəzasında həyatını itirən Kobi Brayantın xatirəsini yaşatmaq və ABŞ-ın peşəkar basketbol liqasının (NBA) loqosuna"Los-Anceles Leykersin əfsanəvi basketbolçusunun siluetinin qoyulması üçün imzatoplama kampaniyası başladılıb.

Sosial şəbəkədə start verilən kampaniyaya 1.5 milyondan çox insan dəstək verib.



Rəqəmsal imzatoplama kampaniya platforması olan "change.org” saytındakı təklifin sahibi Nik M. adlı istifadəçi bu yolla Brayantın NBA loqotipində ölümsüzləşdiriləcəyini ifadə edib.

Alan Ziql tərəfindən hazırlanan indiki NBA loqosunda başqa bir "Los-Anceles Leykers”əfsanəsi Ceri Vestin silueti yer alır.



81 yaşlı Vest mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Vest Brayantın ölüm xəbərini eşitdikdən sonra ABŞ-ın CBS telekanalına övladını itirmiş kimi hiss yaşadığını qeyd edib.


Publika.az

Xəbər lenti