"Tottenhem"in kapitanı Harri Keynin zədəsi ciddidir.
26 yaşlı forvard arxa əzələsinin yırtılmasına görə uzun müddət yaşıl meydanlardan kənar qalacaq. İngilis hücumçu aprel ayında məşqləri bərpa edəcək.
Keyn Premyer Liqanın 21-ci turunda "Sauthempton"a qarşı matçda zədələnmişdi. O, bu mövsüm London klubunda 25oyuna 17qol vurub, 2 assist edib.