Xəzər Xəbər

"Atalanta" Simon Kyaerdən imtina etdi

İdman | 18:36 • 6 Yanvar 2020
"Atalanta" Simon Kyaerdən imtina etdi

"Atalanta" yayda "Sevilya"dan icarəyə götürdüyü Simon Kyaerlə yolları ayırmağa qərar verib.

Danimarkalı futbolçu ilə A Seriyasının digər təmsilçisi "Sampdoriya" maraqlanır. Klaudio Ranyerinin çalışdırdığı klubun rəsmiləri tezliklə futbolçunun agenti ilə görüşəcək. Müdafiə xəttini gücləndirmək istəyən italiyalı mütəxəssis Kyaerin transferini rəhbərlikdən tələb edib.

30 yaşlı stopper bu mövsüm Berqamo təmsilçisində 6 oyun keçirib. Kyaeri heyətdə düşünməyən "Sevilya" onunla yolları ayırmaq fikrindədir.

Xəbər lenti