Xəzər Xəbər

"Sevilya" "Qarabağ" üçün heyəti açıqladı: 8 əsas oyunçusu yoxdu

İdman | 18:39 • 28 Noyabr 2019
"Sevilya" "Qarabağ" üçün heyəti açıqladı:

"Sevilya"nın Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la keçirəcəyi oyun üçün "18-liy"i açıqlanıb.


Siyahıya Andalusiya təmsilçisinin kapitanı Xesus Navasla yanaşı, Nolito, Lyuk de Yonq, Ever Baneqa, Serxio Reqilon, Jordan, Dieqo Karlos, Fernando kimi aparıcı futbolçuların adı salınmayıb.


"Sevilya"nın iştirak ərizəsi: 1. Tomaş Vatslik, 3. Serxi Qomes, 5. Lukas Okampos, 6. Daniel Karriço, 7. Runu Lopes, Munas Dabbur, 11. Munir. 12. Jyul Kunde , 13. Yassin Bunu, 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres, 22. Franko Vaskes , 26. Joze Mena, 30. Brayan Gil, 34. Felipe Çakartegi


Qeyd edək ki, bu gün "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.


Fanat.Az

Xəbər lenti