Xəzər Xəbər

Nurməhəmmədov-Ferqyuson döyüşünün tarixi açıqlandı

İdman | 10:25 • 26 Noyabr 2019
Nurməhəmmədov-Ferqyuson döyüşünün tarixi açıqlandı

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyasında yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovun növbəti görüşünün tarixi bəlli olub.

Xezerxeber.az-ın məlumatına görə, 31 yaşlı rusiyalı idmançının amerikalı Toni Ferqyusonla döyüşü 2020-ci il aprelin 18-də baş tutacaq.

Bu barədə H.Nurməhəmmədovun meneceri Əli Abdeləzizi özünün "Twitter" səhifəsində yazıb.

O, "Qartal Bruklinə eniş edəcək" kimi paylaşım da qeyd edib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. Otuz beş yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Xəbər lenti