Xəzər Xəbər

Türkiyə Superliqasının XII turuna yekun vurulub

İdman | 08:52 • 26 Noyabr 2019
Türkiyə Superliqasının XII turuna yekun vurulub

Futbol üzrə Türkiyə Superliqasının XII turuna "Antalyaspor” - "Qaziantep” oyunu ilə yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib -1:1. Hesabı 37-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Papi Djilobodji açıb. Meydan sahiblərinin bu qola cavabı oyunun 84-cü dəqiqəsində gəlib. Nazim Sanqara komandasını məğlubiyyətdən xilas edib.


On iki turdan sonra Türkiyə çempionatına 24 xalla "Sivasspor” liderlik edir. "Trabzonspor” və "İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hər ikisinin aktivində 21 xal olan "Fənərbağça” dördüncü, "Beşiktaş” isə beşincidir. "Qalatasaray” isə 19 xalla səkkizinci pillədə qərarlaşıb.

Xəbər lenti