Xəzər Xəbər

"Mançester Siti"nin ulduzu rəhbərliyin qarşısına elə şərt qoydu ki...

İdman | 15:05 • 25 Noyabr 2019
"Mançester Siti"nin ulduzu rəhbərliyin qarşısına elə şərt qoydu ki...

"Mançester Siti" Rahim Sterlinqin müqaviləsini uzatmaq istəyir.


"The Sun" xəbər verir ki, 24 yaşlı ulduz futbolçu sözləşməsini uzatmaq üçün rəhbərliyin qarşısına şərt qoyub. İngiltərəli futbolçunun yeganə şərti baş məşqçi Pep Qvardiolanın komandada qalmasıdı.


2015-ci ildə "Liverpul"dan 63 milyon avroya alınan Sterlinqin performansında növbəti mövsüm baş məşqçi təyin olunan Qardiolanın gəlişindən sonra ciddi yüksəliş hiss olunmağa başlayıb. Bu səbəbdən o, çıxışını kataloniyalı mütəxəssisin rəhbərliyi altında davam etdirmək istəyir.


Qeyd edək ki, Sterlinq "Mançester Siti"də keçirdiyi 224 oyunda 93 qol vurub, 62 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti