Niko Kovaçı istefaya göndərən "Bavariya"nın baş məşqçi postuna ilk namizəd müəyyənləşib.
Münhen klubu Massimiliano Alleqriyə tapşırıla bilər. Artıq italiyan mütəxəssislə danışıqlara start verilib.
Qeyd edək ki, Alleqri son olaraq "Yuventus"u çalışırıb (2014-2019). 52 yaşlı mütəxəssis əvvəllər "Aqlianese", SPAL, "Qrosseto", "Sassuolo", "Kalyari" və "Milan"a başçılıq edib.
Fanat.Az