Xəzər Xəbər

İspaniya La Liqasının XI turunun oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 08:53 • 31 Oktyabr 2019
İspaniya La Liqasının XI turunun oyunları keçirilib -

Oktyabrın 30-da futbol üzrə İspaniya La Liqasının XI turunda "Sevilya” komandası səfərdə "Valensiya”nın qonağı olub.


Xezerxeber.az xəbər verir ki, "Mestalya” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Matçın birinci hissəsinin sonunda (45+3) qonaqlar Lukas Okamposun qolu ilə hesabda irəli çıxsalar da 81-ci dəqiqədə Ruben Sobrino komandasını məğlubiyyətdən xilas edib.


Turun digər qarşılaşmasında isə "Real Madrid” doğma meydanda çempionatın autsayderi "Leqanes”in qapısından 5 cavabsız top keçirib. Madridlilərin qollarını Rodriqo (7), Toni Kroos (8), Sergio Ramos (24), Kərim Benzema (69) və Luka Yoviç (90+1) vurublar.


Hazırda turnir cədvəlinə 22 xalla "Barselona” klubu liderlik edir. "Real Madrid” 21 xalla ikinci pilləyə yüksəlib. "Sevilya” isə 20 xalla beşinci pillədə qərarlaşıb.


Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Atletik Bilbao” – "Espanyol” - 3:0;


"Real Sosyedad” – "Levante” - 1:2;


"Real Betis” – "Selta Viqo” - 2:1.

Xəbər lenti