FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya-Latviya qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Estoniya-Latviya oyunu oktyabrın 11-də keçiriləcək.