Xəzər Xəbər

Arsen Vengerin yeni hədəfi: DÇ-2022

İdman | 16:01 • 5 Sentyabr 2019
Arsen Vengerin yeni hədəfi: DÇ-2022

Fransalı baş məşqçi Arsen Venger futbol karyerasına davam etmək istədiyini deyib və yeni hədəflərini açıqlayıb.

XəzərXəbər xəbər verir ki, "beIN Sports"a danışan 70 yaşlı mütəxəssis DÇ-2022-də iştirak edəcək yığmalardan birində işləmək istədiyini bildirib:

"Dünya çempionatında iştirak edəcək yığmalardan birində çalışacağımı xəyal edirəm. Ümid edirəm ki, üç il sonra məni Qətərdə hansısa yığmanın "sükanı arxası"nda görəcəksiniz. Hər zaman dünya çempionatında olmaq istədiyimi söyləyə bilərəm. Çox fərqli hisslər olacaq".

Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb. O, London klubuna üç dəfə Premyer Liqa çempionluğu qazandırıb.

Xəbər lenti