Xəzər Xəbər

“Milan” Xorvatiya millisinin oyunçusunu heyətinə qatıb

İdman | 11:09 • 2 Sentyabr 2019
“Milan” Xorvatiya millisinin oyunçusunu heyətinə qatıb

İtaliyanın "Milan” klubu Xorvatiya millisinin futbolçusunu transfer edib.


Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan təmsilçisi hücumçusu Andre Silvanı Almaniyanın "Ayntraxt” klubunda çıxış edən Ante Rebiç ilə dəyişib. Müqavilənin detalları açıqlanmasa da, Ante Rebiç "Milan”a ikiillik icarə əsasında keçib.


Qeyd edək ki, Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avropa çempionatının seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlarda Ante Rebiçin xidmətlərindən yararlanacaq.

Xəbər lenti