Xəzər Xəbər

Futbolçu bir qola görə avtomobil qazandı - FOTO

İdman | 11:37 • 1 Sentyabr 2019
Futbolçu bir qola görə avtomobil qazandı -

Rusiya Premyer Liqasında çıxış edən "Axmat"ın futbolçusu Bernard Berişa avtomobillə mükafatlandırılıb.

"Qazeta.ru" xəbər verir ki, bu barədə klubun prezidenti Maqomed Daudov "İnstagram" səhifəsindən açıqlama verib.

O, bildirib ki, Rusiya Premyer Liqasının "Tambov"la oyunundan (1:1) sonra qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qola imza atan Berişa klubun əsas sponsoru, Çeçenistanın keçmiş Prezidenti Əhməd Kadırovun adını daşıyan fond tərəfindən avtomobillə mükafatlandırılıb.

Qeyd edək ki, Kosovo millisinin üzvü olan Berişa2017-ci ildən "Axmat"ın şərəfini qoruyur.

Xəbər lenti