Xəzər Xəbər

Joau Kanselu “Mançester Siti” ilə 6 il müddətinə müqavilə imzalayıb

İdman | 13:38 • 8 Avqust 2019
Joau Kanselu “Mançester Siti” ilə 6 il müddətinə müqavilə imzalayıb

Portuqaliya futbolçusu Joau Kanselu "Yuventus” klubunu tərk edərək, İngiltərənin "Mançester Siti” klubuna keçib.


AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, 2025-ci ilə qədər imzalanmış müqavilə 6 mövsüm üçün nəzərdə tutulub.


İtaliya çempionu "Yuventus” 65 milyon avro müqabilində Joau Kanselu üzərində hüquqlarından imtina edib, əvəzində Braziliyanın "Porto” klubunun keçmiş oyunçusu Danilonu 37 milyon avroya alıb. Danilo "Yuventus”un heyətində 2024-cü ilə qədər oynayacaq.


Joau Kanselu deyib: "Mançester Siti” gözəl məşqçisi Pep Qvardiola ilə birlikdə fantastik klubdur. Mən burada olduğuma çox şadam. Burada yaradılan rahatlıqdan tutmuş oyun tərzinə qədər hər şey məndə xoş təəssürat oyatdı. Mən öz oyunumu daim inkişaf etdirməyə, mükafatlar qazanmağa çalışıram və inanıram ki, burada bunu edə biləcəyəm. İndi yeni mövsümü və Premyer-Liqada özümü sınamaq imkanını səbirsizliklə gözləyirəm”.

Xəbər lenti