Xəzər Xəbər

"Barselona"dan 250 milyon avroluq transfer təklifi

İdman | 16:43 • 6 Avqust 2019
"Barselona"dan 250 milyon avroluq transfer təklifi

"Barselona" PSJ-yə Neymar üçün yeni təklif göndərib.


Bu barədə jurnalist Abdella Boulma "Twitter”də yazıb.


Jurnalist iddia edib ki, Kataloniya klubu sabiq futbolçusu üçün fransızlara 250 milyon avro təklif edib. "Barselona” bu məbləği 2 il ərzində 3 mərhələdə (150+50+50) ödəməyi düşünür.


Qeyd edək ki, Neymar iki il əvvəl "Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib.


Fanat.Az

Xəbər lenti