Xəzər Xəbər

"Everton" "Monako"nun futbolçusnu icarəyə götürdü

İdman | 13:52 • 6 Avqust 2019
"Everton" "Monako"nun futbolçusnu icarəyə götürdü

İngiltərənin "Everton" klubu növbəti transferini reallaşdırıb.

"L’Équipe" nəşri xəbər verir ki, Liverpul təmsilçisi "Monako"nun fransalı sağ cinah müdafiəçisi Cibril Sidibeni icarəyə götürüb. Bu keçid üçün "knyazlıq klubu"na 2,5 milyon avro ödənilib. "Everton" 14 milyon avro ödəyib, 27 yaşlı futbolçunu birdəfəlik transfer edə bilər.

"Monako" "Trua"nın yetirməsini 2016-cı ildə "Lill"dən 15 milyon avroya transfer edib.

Xəbər lenti