Xəzər Xəbər

"Qarabağ"ın potensial rəqibi bəlli oldu

İdman | 16:38 • 5 Avqust 2019
"Qarabağ"ın potensial rəqibi bəlli oldu

"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifatında Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıra bilməsə, "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ” ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsində ilk oyunlar 22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.


Xəbər lenti