Xəzər Xəbər

Fransa klubu Türkiyə millisinin üzvünü transfer etdi

İdman | 17:51 • 4 Avqust 2019
Fransa klubu Türkiyə millisinin üzvünü transfer etdi

Fransanın "Lill" klubu Türkiyənin "Trabzonspor" klubunun hücumameyilli yarımmüdafiəçisi Yusuf Yazıçını transfer edib.

"Foot Mercato" xəbər verir ki, bu keçid üçün "bordo-mavililər"ə 17,5 milyon avro təzminat ödənilib. Bundan əlavə, Fransa klubu portuqaliyalı müdafiəçisi Edqar İeni 50 faizlik transfer hüququ ilə Qara dəniz təmsilçisinə verib. Yazıçının növbəti satışından trabzonlulara 20 faiz pay düşəcək.

Türkiyə millisinin üzvü yaxın günlərdə Fransaya yollanacaq və tibbi müayinədən keçəcək.

22 yaşlı futbolçu "Trabzonspor"un yetirməsidir.

Xəbər lenti