Xəzər Xəbər

Rekord transfer rəsmiləşdi

İdman | 17:09 • 31 İyul 2019
Rekord transfer rəsmiləşdi

"Arsenal” növbəti transferini həyata keçirib.


London klubu Kot-d'İvuar yığmasının üzvü Nikola Pepeni heyətinə qatıb. "Arsenal" transferi rəsmən açıqlamasa da, Britaniya mətbuatı Pepenin London klubunun formasında müsahibə verərkən görüntüsünü yayıb.


Dünən Londona yollanan futbolçu tibbi müayinədən keçib və 5 illik müqavilə imzalayıb. "Arsenal" 24 yaşlı hücumçu üçün Fransanın "Lill" klubuna 80 milyon avoro ödəyəcək. Bu isə klub tarixinin rekordudu. "Arsenal" bundan əvvəl Pyer-Emerik Aubameyanqı Dortmund "Borussiya"sından 64 milyon avroya alaraq rekord qırmışdı.


Qeyd edək ki, Pepe ötən mövsüm 41 oyuna çıxaraq 23 qol vurub.


Fanat.Az

Xəbər lenti