Xəzər Xəbər

“Arsenal” bombardiri transfer edir

İdman | 16:10 • 29 İyul 2019
“Arsenal” bombardiri transfer edir

"Arsenal” Braziliyanın "Qremio” klubunun futbolçusu Everton Soaresi transfer edir.


London klubub 23 yaşlı hücumçu üçün braziliyalılara 40 milyon avro ödəyəcək. Braziliya millisinin üzvü yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.


Qeyd edək ki, Everton Braziliya millisinin heyətində 12 oyuna 3 qol vurub. O, bütün qolları qalibi olduqları Amerika Kubokunda rəqib qapısından keçirib. Gənc hücumçu Peru yığmasının futbolçusu Xose Paolo Gerrero ilə birgə turnirin şərikli bombardiri olub.


Fanat.Az

Xəbər lenti