Xəzər Xəbər

“Qarabağ” səfərdə “Dandolk” ilə heç-heçə edib

İdman | 09:00 • 25 İyul 2019
“Qarabağ” səfərdə “Dandolk” ilə heç-heçə edib

İyulun 24-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Dandolk” - "Qarabağ” oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Oriel Park” stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Görüşün 4-cü dəqiqəsində Mahir Emreli hesabı açıb. İlk hissəyə qalib yollanan "Qarabağ” ikinci hissədə qapısında qol görüb. Belə ki, 78-ci dəqiqədə "Dandolk”un futbolçusu Patrik Hoban fərqlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Dandolk” Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşüb. Bu rəqib birinci təsnifat mərhələsində Latviya "Riqa”sını penaltilər seriyasında üstələyib - 5:4. Komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı "Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Xəbər lenti