Xəzər Xəbər

PSV-dən 15 milyon avroluq transfer - klub tarixinə düşdü

İdman | 16:12 • 28 İyun 2019
PSV-dən 15 milyon avroluq transfer - klub tarixinə düşdü

Hollandiyanın PSV klubu yeni transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Erediviziya təmsilçisi Almaniyanın "Leyptsiq" klubundan portuqaliyalı futbolçu Brumanı transfer edib. 24 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Leyptsiq"ə 15 milyon avro ödənilib.

BrumaPSV tarixinin ən bahalı transferi olub. Klub 2000-ci ildə serbiyalı hücumçu Mateya Kejmanın transferi üçün "Partizan"a 14 milyon avro ödəmişdi. KejmanPSV-də 122 oyuna 105 qol vurmuşdu.

"Leyptsiq" Portuqaliya millisinin üzvünü 2017-ci ildə 12,5 milyon avroya "Qalatasaray"dan transfer etmişdi.

Xəbər lenti