Xəzər Xəbər

"Qarabağ"ın rəqibləri bəllidir

İdman | 14:33 • 31 May 2019
"Qarabağ"ın rəqibləri bəllidir

"Qarabağ” komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Azərbaycan çempionu iyunun 18-də təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək.

Ağdam təmsilçisi hazırlıq prosesində 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv iyunun 22-də Bolqarıstanın "Ludoqorests", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" 2019/2020 mövsümündə Çempionlar Liqası mübarizəsinə I təsnifat mərhələsindən başlayacaq.

Xəbər lenti