Xəzər Xəbər

UEFA Bakı Olimpiya Stadionuna ən yüksək qiymət verdi

İdman | 10:30 • 28 May 2019
UEFA Bakı Olimpiya Stadionuna ən yüksək qiymət verdi

Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

XəzərXəbər-in məlumatına görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, mayın 29-da İngiltərənin "Çelsi” və "Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

Xəbər lenti