Xəzər Xəbər

“Çelsi” futbol klubunun üzvləri Bakıya yola düşüblər

İdman | 19:03 • 27 May 2019
“Çelsi” futbol klubunun üzvləri Bakıya yola düşüblər

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı - "Çelsi” klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.


Xezerxeber.az "Çelsi” klubunun "Twitter” səhifəsinə istinadla xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.


Xatırladaq ki, "Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə "Arsenal” komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq. "Çelsi” həlledici görüşdə qalib gələrsə tarixində ikinci dəfə bu titula sahib olacaq. Klub 2013-cü ildə Portuqaliyanın "Benfika” klubunu 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

Xəbər lenti