Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"dan ayrılan xorvatiyalı baş məşqçi Slaven Biliç Türkiyəyə qayıda bilər.
"Sabah" qəzeti xəbər verir ki, Super Liqa təmsilçisi "Kasımpaşa"Mustafa Dənizlinin ayrılığından sonrayeni mövsümə Biliçlə başlamaq fikrindədir.
Super Liqanın "Beşiktaş" - "Kasımpaşa" matçının tribunadan izləyən 50 yaşlı mütəxəssislə böyük ölçüdə razılaşma əldə edilib.
İstanbul klubu təyinatı yaxın günlərdə açıqlaya bilər.
Biliç "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem" kimi klubları çalışdırıb. O, 2006-2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib.