Xəzər Xəbər

"Liverpul" İnsinyeni transfer edir? Kloppdan açıqlama

İdman | 15:36 • 26 Aprel 2019
"Liverpul" İnsinyeni transfer edir?

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Napoli"nin hücumçusu Lorenso İnsinyeni transfer edəcəkləriylə bağlı yayılan xəbərlərə münasibət bildirib.

XəzərXəbər "Daily Mirror"a istinadən xəbər verir ki, alman mütəxəssis 27 yaşlı futbolçunun transferi üçün neapollulara təklif göndərməyəcəklərini deyib: "İnsinyeni transfer etməyəcəyik. Çox yaxşı futbolçudur, ancaq "Napoli" ilə uzun müddətli müqaviləsi var. Təklif belə göndərməyəcəyik".

İnsinyenin "Napoli" ilə 2022-ci ilə qədər müqaviləsi var. İtaliya millisinin üzvü bu mövsüm 38 oyuna 13 qol vurub, 7 assist edib.

Xəbər lenti