Xəzər Xəbər

"Arsenal" müdafiəçisini də oynatmayacaq

İdman | 13:44 • 12 Dekabr 2018
"Arsenal" müdafiəçisini də oynatmayacaq

Avropa Liqasının qrup mərhələsinin son matçında "Qarabağ"ı qəbul edəcək "Arsenal"da daha bir futbolçusu sıradan çıxıb.

Bu, mərkəz müdafiəçisi Şkodran Mustafidi.

Unay Emeri zədəsi ciddi olmayan arxa xətt oyunçusunu Almaniya millisinin üzvünü "Qarabağ"a qarşı qarşı oynatmayacaq. O, təcrübəli futbolçunun növbəti Premyer Liqa matçına tam hazır olmasını istəyir.

Mustafi ilə yanaşı, Konstantinos Mavropanos, Naço Monreal, Denni Uelbek və Rob Holdinq də zədəlidi. Sözügedən futbolçulardan heç biri təmsilçimizlə görüşdə iştirak etməyəcək.

"Arsenal" - "Qarabağ" matçının start fiti Bakı vaxtı ilə 00:00-da veriləcək.

Fanat.Az

Xəbər lenti