Xəzər Xəbər

Klubunda son dəfə forma geydi, "Qarabağ"a gəlir

İdman | 14:09 • 23 May 2018
Klubunda son dəfə forma geydi, "Qarabağ"a gəlir

Adı uzun müddətdi "Qarabağ"la hallanan Xama Billiat Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunda son görüşünü keçirib. CAR təmsilçisiAfrika Çempionlar Liqasının qrup mərhələsinin II turunda Qvineyanın "Horoya” klubunun qonağı olub və 2:2 hesablı heç-heçə edib. Komandasının ikinci qoluna Billiat imza atıb.

XəzərXəbər xəbər verir ki, yerli mətbuat Xama Billiatın "Mamelodi Sandaunz"da son oyununu keçirdiyini yazıb. Xəbərdə qeyd edilib ki, Zimbabve millisinin üzvünün növbəti dayanacağı Azərbaycan olacaq.

Billiat universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən 27 yaşlı oyunçu Zimbabve millisinin üzvüdür.

Xəbər lenti