Xəzər Xəbər

Türkiyə millisinin üzvünə İngiltərə nəhəngindən REKORD TƏKLİF

İdman | 13:48 • 19 Sentyabr 2017
Türkiyə millisinin üzvünə İngiltərə nəhəngindən

"Beşiktaş"ın mövsümə fırtına kimi başlayan hücumçusu Cenk Tosun"Tottenhem"in hədəfindədir.

Cenk Tosun bu sezon göstərdiyi oyunu"Porto" və"Konyaspor" matçlarında da davam etdirdiyi üçün İngiltərə nəhənginin diqqət mərkəzinə düşüb.

İngiltərə mətbuatında yer alan xəbərlərə görə,"Tottenhem" klubu Maurisio Poçettinonun tələbi ilə Cenk Tosunla bağlı hərəkətə keçib.

İddialara görə, Türkiyə millisinin üzvü üçün ingilis klubu 17,5 milyon sterlinq(təxminən 20 milyon avro) nəzərdə tutub.

Qeyd edək ki, Türkiyə futbol tarixinin bu zamana kimi ən bahalı futbolçusu Arda Turan (15 milyon avro) və Cengiz Ünderdir ("Roma"- 15 milyon avro).

Xəbər lenti