Xəzər Xəbər

Xəstə adam xəstəliyini bilə-bilə niyə evdən çıxır?

Cəmiyyət | 14:23 • 1 Dekabr 2020
Xəstə adam xəstəliyini bilə-bilə niyə evdən çıxır?

Son vaxtlar müxtəlif rayon və şəhərlərdə COVID-19 aşkarlanmış xəstələrin yaşayış yerini tərk etməsi halları barədə çox tez-tez məlumatlar alırıq. Bu faktlar onu göstərir ki, cəmiyyətdə bu virusa qarşı hələ də laqeydlik var, bir çox insanları infeksiyanın yayılma arealının getdikcə genişlənməsi, sutkalıq yoluxma sayının 4000-i ötməsi narahat etmir.


Xezerxeber.az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.


Belə hallara görə təəssüflənən mütəxəssis qeyd edib ki, COVID-19 xəstələrinin yaşayış yerini tərk edərək insanlar arasına çıxması bu virusun daha çox yayılmasına səbəb olur:


"Təbii ki, küçəyə çıxan COVID-19 xəstəsinin virusa yoluxmasından kimsə xəbərdar olmur. Onunla ünsiyyət saxlayan, eyni nəqliyyat vasitəsində onunla yol gedən insanlar həmin xəstə tərəfindən virusa yoluxurlar. Bir xəstə insan küçədə nə qədər çox insanla ünsiyyətdə olarsa, bir o qədər də çox insanı virusa yoluxdurar. Nəticədə belə məsuliyyətsiz xəstələrin sayəsində virusa yoluxmanın qeydə alınmadığı ailələrdə də xəstəlik baş verir. Nəzərə alaq ki, belə insanlar yalnız ünsiyyətdə olduğu şəxslərə virusu ötürmürlər. Onlar getdikləri məkanda, məsələn, daxil olduqları mağazada və s. yerlərdə da bu virusu yayırlar. Nəticədə xəstə həmin məkanı tərk etdikdən sonra oraya daxil olan şəxs də havada qalan viruslar hesabına bu virusa yoluxa bilir”.


Bu amilləri nəzərə alaraq, xəstə insanlara evdən çölə çıxmamağı tövsiyə edən Y.Abdiyeva əlavə edib ki, əslində, COVID-19 xəstələrinin yaşayış yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutulub. Hüquq-mühafizə orqanları belə xəstələri aşkarladıqca onlar barəsində tədbirlər görürlər. Lakin virusun olduqca geniş yayıldığı indiki məqamda COVID-19 xəstələri inzibati məsuliyyətdən deyil, özlərinin daxili məsuliyyətindən çəkinərək və onu hiss edərək yaşayış yerini tərk etməməlidirlər:


"Sözsüz ki, olduqları məkanı tərk etmə xəstəxanada deyil, evdə müalicə edilən COVID-19 xəstələri tərəfindən qeydə alınır. Lakin bu halların baş verməməsi üçün bütün xəstələrin xəstəxana şəraitində müalicə edilməsi də mümkünsüzdür. Gündəlik yoluxma sayı getdikcə artdığı üçün xəstəxanalarda stasionar müalicə alan xəstələrin sayı olduqca çoxalıb. Xəstəxanaların yükü də bu artıma dözməlidir”


Bu məsələdə ictimai qınağı vacib sayan Y.Abdiyeva qeyd edib ki, COVID-19 xəstəsinin evi tərk etməsindən məlumatı olanlar bu barədə lazımi orqanlara xəbər verməlidir.


Ramil

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti