Xəzər Xəbər

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Cəmiyyət | 13:06 • 27 Noyabr 2020
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.


İdarədən xezerxeber.az-a daxil olan müraciətdə istifadəsində olan nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirməmiş və ya bu barədə SMS məlumat almış sürücülərin bir daha diqqətinə çatdırır ki, hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün həftənin şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərən paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən Texniki Müayinə mərkəzlərinə, habelə respublikanın digər şəhər və rayonlarında yerləşən regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət edə bilərlər.


Məlumat üçün xatırladırıq ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə texniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır. Bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunurlar.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti