Xəzər Xəbər

Koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolu açıqlandı

Cəmiyyət | 11:48 • 27 Noyabr 2020
Koronavirusdan sonra ağciyərləri bərpa etməyin yolu açıqlandı

Koronavirusun ağır formasını keçirdikdən sonra bərpa olunmağa xüsusi masaj kömək edəcək.


Bu barədə "Sputnik” radiosuna müsahibəsində Rusiyanın əməkdar həkimi, vertebronevroloq, manual terapevt, refleksoterapevt Andrey Kabıçkin bildirib.


Onun sözlərinə görə, ağciyərləri bərpa etmək üçün qandakı oksigen faizini artırmaq lazımdır. Masaj orqanizmin limfodrenaj funksiyasını və bronxların villus epitelinin işini stimullaşdıra bilər, bu da COVID-19-dan sağalanlar üçün son dərəcə vacibdir.


"Belə pasiyentləri reabilitasiya etmək üçün hazırlanmış xüsusi masaj növləri var, lakin əsrlər boyu, minilliklər boyu xroniki obstruktiv ağciyər xəstəlikləri olan xəstələri masaj edirlər. Bu, yaxşı nəticələr verir. İlk növbədə qandakı oksigen nisbəti artır, masajdan sonra qan daha sürətlə dövr etməyə başlayır və qanın ağ ciyərlərdə zənginləşdiyi oksigeni bədənin hər tərəfinə daşıyır”, - həkim izah edib.


O, masajın ağciyərin zədələnmə dərəcəsindən asılı olaraq fərdi qaydada seçilməli və digər terapiya növləri ilə paralel aparılmalı olduğunu vurğulayıb. Bu tədbirlər kompleks halında daha effektiv olur.



Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti