Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmaqda davam edəcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
O bildirib ki, Azərbaycan Ermənistanla hüquqi mübarizə aparır və öz haqqını cəbhədə alır: "Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsində yer almağa davam edəcək”.