Xəzər Xəbər

Ordumuz hansı ərazilərdə nəzarəti ələ keçirdi? VİDEO

Veb TV | 12:15 • 30 Sentyabr 2020
Ordumuz hansı ərazilərdə nəzarəti ələ keçirdi?

Bu ayın 27-si Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmalıdır. Çünkü bu tarixdə cəbhə xəttində təxribat törədən ermənilər ordumuzun tam fərqli reaksiyası ilə qarşılaşdılar. İlk dəfə olaraq ordumuz qətiyyətli əks hücum əməliyyatı başladı. Çox keçmədi ki, cəmi bir neçə saat içində illərdir işğal altında olan kəndlərimizin bəziləri azad edildi. Strateji yüksəkliklər ələ keçdi. Düşmənin ön xətti tam yarıldı. Artıq 3 gündür bütün dünya Azərbaycan ordusunun rəşadətinə şahidlik edir. Ordumuz sübut edir ki, artıq yalançı vədlərin yeri yoxdur və qısa zamanda işğal altında olan torpaqlarımız müharibə yolu ilə alınmalıdır. Müzəffər ordumuzun əks-hücumu beynəlxalq təşkilatları da çaş-baş saldı. 30 ildir ki, sülh yolu ilə həll etmədikləri Qarabağ məsələsində sülh yenidən aktuallaşdırıldı. Ancaq Azərbaycan xalqı və ordusu qətiyyətlidir. Nə olursa-olsun işğala son qoyulmalıdır.




Bütün cəbhə boyu genişmiqyaslı təxribat törədərək mülki əhali və yaşayış məntəqələrimizi atəşə məruz qoyan ermənistan ordusuna cavabımız bu dəfə tam fərqli oldu. Azərbaycan ordusu cəbhədə ilk dəfə genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Tərtər, Füzuli, Ağdam və Cəbrayıldan mövqelərimizi və mülkü yaşayış məntəqələrimizi atəşə tutan erməni ordusu anında bütün cəbhə boyu azərbaycan ordusunun əks-hücumlarına məruz qaldı. Cəmi bir neçə saat kifayət etdi ki, ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və texnikaları məhv edilsin.Çox keçmədi ki, düşmənin müqavimətini qıran ordumuz işğal altında olan bir sıra kəndlərimizi və vacib yüksəklikləri azad etdi.Bazar günü səhər saatlarında başlayan müharibədə cəmi bir neçə saat ərzində qüdrətli ordumuz 7 kəndi düşməndən təmizləndi və xalqımıza sevinc bəxş etdi. Həmin gününün axşamı murov dağının zirvəsinə yenidən müzəffər ordumuz nəzarət etməyə başladı..Sentyabrın 27-si başlayan əks-hücum əməliyyatımız bu gün də davam edir..


Əldə edilən mövqelərin əhəmiyyətindən danışan ehtiyatda olan Polkovnik-Leytinant Üzeyir Cəfərov deyir ki, 3 gündə çox ciddi hərbi-strateji uğurlar əldə edilib. Həmin strateji yüksəkliklər növbəti döyüşlərdə ordumuza qələbələr qazandıracaq.


İllərdir beynəlxalaq təşkilatların həll etmədiyi Qarabağ məsələsini ordumuz qısa müddətdə həll etməyə çox yaxındır.Millət vəkili Hikmət Baboğlunun fikirlərinə görə, 27 sentyabrda Azərbaycan hərb tarixində yeni bir səifə açıldı. 30 illik psixoloji bariyer artıq qırıldı. Nəinki erməni ordusu, onların sıralarına qoşulan terroristlər də indi qorxu içərisindədir.


Əks-hücum əməliyyatlarımızdakı qətiyyətimiz artıq azərbaycana yarımçıq sülhün lazım olmadığını beynəlxalq təşkilatlara da göstərdi. Azərbaycan ordusu və xalqı mübarizəsini torpaqlarımız işğaldan tam azad olunana qədər davam etdirəcək və xalqımız yeni qələbə xəbərləri ilə sevinəcək.


Azərbaycan hərbi müstəvidə güclü olduğu kimi diplomatik sahədə də öz gücünü göstərməkdə davam edir. Əldə etdiyimiz hərbi uğurlar diplomatik sahədə əks-səda və rezonans doğurmaqda davam edir. Bu günə qədər problemin həll edilməsi yadlarına düşməyən və sülh danışığından söhbət etməyənlər indi sözün əsl mənasında əl-ayağa düşüblər. Bir daha kimin hansı mövqedə olduğu bəlli oldu. Bizə tarixən daha yaxın olan bəzi ölkələr bu dəfə də qərəzli bəyanatlar yaydı. Azərbaycanın qətiyyətindən narahat olan beynəlxalq təşkilatlar ciddi şəkildə bu məsələni müzakirəyə çıxarırlar


İndi qələbə üçün heç vaxt olmadığı qədər ciddi zəmin yaranıb. Əks-hücum əməliyyatları ilə qətiyyətini davam etdirən Azərbaycan ordusunun əsas hədəfi işğalda olan bütün torpaqlarımızı mənfur düşməndən azad etməkdir.Böyük qələbənin uzaqda olmadığına indi hər kəs tam inanır..



Xəbər lenti