Xəzər Xəbər

BMT TŞ Dağlıq Qarabağ üzrə təcili qapalı iclas keçirəcək VİDEO

Veb TV | 20:13 • 29 Sentyabr 2020
BMT TŞ Dağlıq Qarabağ üzrə təcili qapalı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.Qeyd edək ki, məsləhətləşmələrin formatı təhlükəsizlik şurasının 15 ölkəsindən olan diplomatların münaqişə tərəflərinin nümayəndələri olmadan iştirak etmələrini nəzərdə tutur. Politoloqlar hesab edirlər ki,bu gündöyüşlərin getdiyi bir vaxtda informasiya xarakterli iclasın keçirilməsi gecikmiş bir qərardır. Ermənistana illər öncə şiddətli beynəlxalq təzyiq olunmalı idi.

BMT-nin Təhlükəsizlik Şurasında işğal altında olan torpaqlarımızla bağlımüzakirənin keçirilməsinə dair Estoniya və Almaniya başda olmaqla bir sıra avropa ölkələri təşəbbüslə çıxış edib. BMT-nin Azərbaycanla bağlıhələ də qətnamələrinin icra olunmadığını nəzərə alaraq, iclasda bu məsələnin müzakirə predmeti olub-olmadığını öyrənmək üçün Almaniyanınölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq.SəfirlikdənXəzərXəbər-ə verilən məlumata görə, Təhlükəsizlik Şurasının iclası informasiya xarakterlidir. Yəni, qətnəmələrin icrası ilə bağlı məsələlərin qaldırılması və işğalçıyatəzyiqnəzərdə tutulmur.

Politoloqlar hesab edirlər ki, BMT-nin təhlükəsizlik ŞurasınınErmənistan-Azərbaycan Dağlıq Qarabağla bağlı müzakirələri qətnamələrə əsaslanmalıdır.

MəsələyəRəsmi Bakıdan da münasibət bildirilib. Leyla Abdullayeva deyib ki, qətnamələrin icra olunmaması dünyada mövcud olan ikili standartlarla bağlıdır". Azərbaycan tərəfi 4 qətnamənin tələblərinin təmin edilməsi ilə bağlı məsələni hər zaman qaldırıb. BMT-nin qətnamələri hələ qüvvədədir.

Xəbər lenti