Xəzər Xəbər

Parkda yuxuya getdilər, toy üçün yığdıqları pul oğurlandı VİDEO

Veb TV | 13:36 • 23 Sentyabr 2020
Parkda yuxuya getdilər, toy üçün yığdıqları pul oğurlandı

Türkiyənin Mersin şəhərində parkda yuxuya gedən cütlüyün toyları üçün yığdıqları pul oğurlanıb.


35 yaşlı Fatma Polat və 51 yaşlı Mustafa Zülküflü parkta oturduqları yerdə yuxuya gediblər. Onlar səhər oyananda görüblər ki çantaları oğurlanıb.


Çantanın içində 800 avro (1 613 AZN) və 650 lirə (144 AZN) toyları üçün yığdıqları pul olub.


Cütlük bu barədə polisə şikayət edib.


F.Polat uzun müddət yatdıqlarına görə, onlara yuxugətirici maddə qoxuladıldığından şübhələnir./oxu.az



Xəbər lenti