Xəzər Xəbər

Yolda nişanlar arasında ziddiyyət sürücüləri çaşdırır - VİDEO

Veb TV | 19:25 • 21 Sentyabr 2020
Yolda nişanlar arasında ziddiyyət sürücüləri çaşdırır -

Bakıda yolda nişanlar arasında ziddiyyət sürücüləri çətin vəziyyətdə qoyur.

Xezerxeber.az-ın məlumatına görə, yerdə ancaq sağa, nişanda isə düzünə və sağa göstərir.

Yol hərəkətinin təşkilindəki səhv paytaxtın Nəsimi rayonu, Tbilisi prospektindədir.

Prospektlə üzü metronun ''20 Yanvar'' dairəsi istiqamətində hərəkət edərkən Azər Əliyev küçəsi ilə kəsişmədə yerdə ancaq sağa, nişanda isə düzünə və sağa işarəsi qoyulub. Bu da sürücülərin həmin zolağa daxil olarkən fikrini yayındırır.

Sözügedən ərazidə kameranın da olması sürücülərin işini daha da çətinləşdirir. Onlar sağ zolağa daxil olduqda yerdəki nişanlama xəttinin yalnız sağa olduğunu görüb məcburi olaraq sağa dönürlər. Bu da həm vaxt itkisi, həm də yolda sıxlığa səbəb olur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, həmin ərazidə hazırda hərəkət sağ zolaqda yalnız sağa gedən sürücülər üçün nəzərdə tutulub. Sabah həmin kəsişmə yerinə çatmadan yerdəki sağa dönmə xətti 3 yerdə də çəkiləcək ki, sürücülər əvvəldən məlumatlı olsunlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti