Xəzər Xəbər

Mağazada soyğunçuluq edən şəxs tutulub - VİDEO

Veb TV | 19:14 • 21 Sentyabr 2020
Mağazada soyğunçuluq edən şəxs tutulub -

Bakıda mağazada soyğunçuluq edən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində baş verib.

Həmin obyektdə satıcı işləyən qadın polisə müraciət edib ki, naməlum şəxs mağazada soyuducunun üzərində olan ona məxsus 220 manat pulu götürərək qaçmaq istəyib. Satıcı bunu gördükdə isə həmin şəxs onu itələyərək oradan uzaqlaşıb.

5-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub. Üzərində axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkar olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərər çəkmiş şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti