Xəzər Xəbər

Türk dövlətlərinin turizm təşkilatı yaradılacaq VİDEO

Veb TV | 20:46 • 20 Sentyabr 2020
Türk dövlətlərinin turizm təşkilatı yaradılacaq

Azərbaycan Turizm Assosiasiyasının təşəbbüsü ilə türk dövlətlərinin turizm təşkilatı yaradılacaq. Assosiasiyadan XəzərXəbər-ə verilən məlumata görə, artıq türk dilli dövlətlərin turizm qurumları ilə danışıqlar aparılır. Belə bir təşkilatın yaradılmasının məqsədləri nələrdir?

Türk dövlətlərinin turizm təşkilatı yaradılacaq. Bununla da türkdilli dövlətlər arasında turizm əlaqəsi daha da dərinləşəcək. Belə bir təşəbbüsü Azərbaycan Turizm Assosiasiyası irəli sürüb. Bu təşkilatın yaradılmasının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi, eləcə də bu potensialın dünyaya yayılmasıdır. Eyni zamanda təşkilata üzv olan ölkələr arasında səyahət edən şəxslərə müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur

Azərbaycan turizm assosiasiyasının idarə heyyətinin sədri Əhməd Qurbanovun sözlərinə görə, belə bir təşkilatın yaradılması fərqli turizm xidmətlərinin öyrənilməsinə və təcrübə mübadiləsinə imkan verəcək. Həmçinin dəmiryolu turizminin inkişafına da böyük təkan verəcək. Təşkilatın qarşısında duran ən böyük məqsədlərdən biri də türkdilli ölkələr arasında viza rejminin asanlaşdırılmasına nail olmaqdır.

Əhməd Qurbanov qeyd etdi ki, hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır. Bu təşəbbüsə Türkiyənin aparıcı turizm qurumları artıq dəstək verib.

Xəbər lenti