Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 817-yə yüksəldi

Dünya | 11:13 • 15 Avqust 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 817-yə yüksəldi

Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 495-a yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 817-yə çatıb. İndiyədək 34 484 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 5 952 aktiv koronavirus xəstəsi var./report

Xəbər lenti