Xəzər Xəbər

Tənbəllik ciddi xəstəliyin əlaməti ola bilər

Cəmiyyət | 11:54 • 13 Avqust 2020
Tənbəllik ciddi xəstəliyin əlaməti ola bilər

Tənbəllik insan təbiətinin adi xüsusiyyətlərindən olsa da, bəzən o təhlükəli xəstəliyin əlaməti də ola bilər.


XəzərXəbər "Sputnik”ə istinadən xəbər verir ki, bu barədə psixiatr-psixioanalitik Pavel Kaçalov danışıb.


"Tənbəllik insana xas bir şeydir. Bəzən deyirlər ki, ərincəklik tərəqqinin mühərrikidir, çünki bir çox şeylər insanın özünə əziyyət verməməsi səbəbindən ixtira olunub. Dilçilər də insanların tənbəl olduğunu görə bilər. Belə ki, dillər yaşayıb inkişaf etdikcə insanlar mürəkkəb səsləri tələffüz etməyə ərinirlər. Bu səbəbdən nəsillər ötdükcə biz o səsləri sadələşdiririk”, -  P.Kaçalov vurğulayıb.


Onun sözlərinə görə, normal tənbəllik orqanizmin artıq işdən azad olmağa "köməyi" üçün müdafiə reaksiyasıdır:


"Bununla belə, başqa tip tənbəlliklər də mövcuddur. İnsanın heç nə istəmədiyi və heç nə edə bilmədiyi zaman. Bundan əlavə, insan özünü nəsə etməyə məcbur belə edə bilmir. Belə olduğu halda artıq mütəxəssisə müraciət etmək vacibdir”.


Psixiatr bu vəziyyəti depressiya ilə əlaqələndirib:


"Bu böyük ehtimalla depressiya ilə bağlıdır. Belə pozuntu olduğu halda psixiatra getmək lazımdır. İndi depressiyadan xilas edən çox sayda antidepressantlar var. Anidən dəyişən və birdən-birə özünə bənzəməyən insanlar, ən kiçik məsələdə belə güc verə bilməyənlər psixiatra üz tutmalıdırlar”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti