Xəzər Xəbər

Balotelli Türkiyə nəhəngi ilə anlaşdı?

İdman | 12:48 • 10 Avqust 2020
Balotelli Türkiyə nəhəngi ilə anlaşdı?

Burak Yılmazın "Lill"ə transferinin ardından hücumçu axtarışlarını davam etdirən "Beşiktaş" istəyinə nail olub.


"Fanatik" xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Breşiya" klubunda çıxış edən Mario Balotelli ilə razılığa gəlib.


İddiaya görə, 29 yaşlı hücumçu önümüzdəki həftə ərzində İstanbula gələcək və "qara qartallar"la müqavilə imzalayacaq.


Qeyd edək ki, Balotelli 2019-cu ildən "Breşiya"da çıxış edir və çıxdığı 19 matçda 5 qol vurub./Offsideplus.az

Xəbər lenti