Xəzər Xəbər

Azərbaycanda su ehtiyatları problemi tədqiq olunur

Cəmiyyət | 12:43 • 13 İyul 2020
Azərbaycanda su ehtiyatları problemi tədqiq olunur

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan çaylarında suyun azalması, ölkədə su ehtiyatları problemi tədqiq olunur. 


Bu barədə AZƏRTAC-a institutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov məlumat verib.


Coğrafiyaşünas alim bildirib ki, transsərhəd çaylarından istifadə üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayan və öhdəlik daşımayan qonşu Gürcüstan ərazisindən gələn Kür çayının suyu 25 faiz azalıb. Bundan əlavə, Azərbaycan ərazisində yağıntının və buzlaq sularının səviyyəsinin 2 dəfə aşağı düşməsi çayların suyunun azalmasına səbəb olub.


Alim, həmçinin Kürdə yaranmış vəziyyəti düzəltmək üçün çayın deltasında yığılıb qalmış lilin təmizlənməsini vacib hesab edib. O, Azərbaycanda su probleminin həllində qənaətcilliyin mühüm rol oynadığını deyib. M.Həsənov işlənmiş suyun emalından sonra onun təkrar istifadəsini, yağış, qar sularının navalçalar vasitəsilə toplanaraq suvarmada və digər məqsədlərlə istifadəsini, evlərə gələn suyun boşuna axıdılmasına yol verilməməsini çıxış yolu kimi gördüyünü qeyd edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti